Konstitusiya Məhkəməsinin hakimi təltif edildi





Prezident İlham Əliyev Rafael Sergeyeviç Qvaladzenin "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

"Sherg.az"ın AzərTAc-a istinadən məlumatına görə, sərəncama əsasən R. Qvaladze Azərbaycan Respublikasının məhkəmə hakimiyyəti orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif edilib.

Qeyd edək ki, R. Qvaladze Konstitusiya Məhkəməsinin hakimidir.