Lukaşenko Ermənistanın son ümidlərini də puç etdi





Belarus prezidenti Aleksandr Lukaşenko Ermənistan hakimiyyətinin KTMT-nin baş katibi ilə bağlı gözləntisinə nöqtə qoyub.

Musavat.com bununla bağlı erməni mediasına istinadən xəbər verir. Məlumata görə, Lukaşenko Sankt-Peterburqda Avrasiya İqtisadi Birliyinin və MDB-nin sammiti çərçivəsində jurnalistlərlə söhbətində deyib ki, faktiki olaraq KTMT-nin baş katibi ilə bağlı problemi həll etmək mümkün olub.

Belarus lideri KTMT-nin 6 dekabr sammitinin gözlənilmədən son anda təxirə salındığını vurğulayıb. 

Qeyd edib ki, prinsipcə baş katibin təyin olunması məsələsini həll etdik. "Belorus nümayəndəsi KTMT-nin baş katibi təyin olunacaq. Necə ki, Nursultan Abişoviç (Nazarbayev) də deyib”- Lukaşenko bildirib və bununla da Ermənistanın 2020-ci ilədək baş katib postunu əlində saxlamaq istəyənlərin ürəyinə növbəti dəfə "dağ” çəkib.