Metroya qarğa ilə düşən qız məşhurlaşdı




 
ABŞ-ın Minneapolis şəhərinin metrosunda çəkilmiş foto sosial şəbəkələrdə ildırım sürətilə yayılır.
 Əlində qara qarğa tutmuş, əynində qara rəngli geyim olan qotik görkəmli qız metroya düşmüşdü.
O, vaqonda oturanda qarğa qızın dizində qərarlaşmışdı. Qızın fotosunu Maks Sparber çəkərək Twitter-dəki akkauntunda "Təbii, siz qotsunuz, amma qarğanızla birlikdə metroda belə dalğın gedirsiniz?" yazaraq paylaşıb. (milli.Az)

Sosial şəbəkələrdə bu fotonu Edqar Allen Ponun "Qarğa" şeirindən misralarla paylaşırlar.