Millət vəkili milli atributlarda dəyişiklik təkliflərinə etiraz etdi: "Biz niyə 100 il bundan öncəki tariximizə ziyan verməliyik?"
09:16 02.11.2018
Arxiv
623
"Konstitusiyada atributların adı necə gedibsə, o adla da təqdim olunur. Əgər biz bu adı dəyişdirmək istəsək, o zaman ilk növbədə Konstitusiyaya dəyişiklik edilməlidir. Mən hesab edirəm ki, hər dəyişiklik o qədər də xeyr gətirmir. Biz niyə 100 il bundan öncəki tariximizə ziyan verməliyik? Bizim bayrağımızın əvəzi yoxdur. Himnimizdə və digər atributlarda olan cəhətləri ilə bağlı hər kəsin fikir arzusu ola bilər. Amma mən bunların əleyhinəyəm. Düşünürəm ki, atributlarımız olduğu kimi qalsa daha yaxşıdır”.
Sherg.az xəbər verir ki, bu sözləri parlamentin iclasında millət vəkili Siyavuş Novruzov səsləndirib. Deputat deyib ki, atributlarımızın dəyişdirilməsi ilə bağlı təklifər referendum yolu ilə həll edilməlidir:
"Vaxtilə Ulu öndər Heydər Əliyev atributlarımıza dəyişikliklə bağlı təkliflərin əleyhinə çıxış etdi. Bizə qonşu dövlətlərin birində hakimiyyət dəyişən kimi bayraq da dəyişdirildi. Onlar Avropaya yaxınlığını göstərmək üçün bayraqlarının üzərinə 5 xaç vurdular. Amma bayraq xalqın mənəviyyatını, həyatını əks etdirir. Bu baxımdan düşünürəm ki, bizim atributlar yerindədir. Qanun layihələrində məsələlər düzgün şəkildə qoyulub”.
Qeyd edək ki, iclasda "Azərbaycan Respublikası Dövlət Bayrağının, Gerbinin təsvirinin təsdiq edilməsi, Dövlət Himninin musiqisinin və mətninin təsdiq edilməsi haqqında" Konstitusiya Qanunlarının ikinci oxunuşunda atributlara dəyişikliklərlə bağlı bir sıra təkliflər irəli sürülüb.
Anar
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp seçki saxtakarlığını ifşa edənlərə 1 milyon dollar vəd etdi
20:23 27.10.2026
Dünya
“40 dəfə desən, gerçəkləşər” fikri doğrudurmu?
20:17 27.10.2026
Sağlamlıq
Azərbaycanda icra başçısı cərimələndi
20:09 27.10.2026
Hadisə
Masazırda zibil həftələrlə daşınmır - ərazini siçovullar bürüyüb
20:08 27.10.2026
Sosial
Alman alpinist Nepalda 1500 metr yüksəklikdən yıxıldı
20:05 27.10.2026
Hadisə
Gizem Karaca kədərli xəbəri açıqladı: 12 illik dostunu itirdi
19:55 27.10.2026
Hadisə
Abbas Hüseynov "Qarabağ"dan ayrıldı
19:49 27.10.2026
Futbol
Ceyhun Bayramov Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb
19:42 27.10.2026
Siyasət
Ərdoğan və Baxçalı Külliyedə görüşdü
18:58 27.10.2026
Dünya
Qətnamələr güclülərin maraqlarına uyğun gələndə icra olunur - ŞƏRH
18:33 27.10.2026
Gündəm
Putin: Bir sıra beynəlxalq idman təşkilatları əməkdaşlığı dağıdır
18:14 27.10.2026
Dünya