Nəcməddin Sadıkov Moskvaya getdi




Azərbaycan Respublikasının Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov Rusiya Federasiyasının paytaxtı Moskva şəhərinə yola düşüb. 

Bu barədə "Sherg.az"a Müdafiə Nazirliyindən bildirilib.

Xəbərə görə, general-polkovnik N.Sadıkov martın 14-də MDB-nin üzvü olan dövlətlərin Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin növbəti iclasında iştirak edəcək.