Pasiyentlərin həyatı real təhlükədədir
20:42 24.02.2015
Arxiv
705
Lisenziyadan kənar fəaliyyətə görə cərimələrin artırılması müsbət addımdır
Milli Məclisin dünənki iclasında İnzibati Xətalar Məcəlləsində dəyişikliklər müzakirə edilib. Nəzərdə tutulan dəyişiklikdə tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində, özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş xüsusi razılıqda - lisenziyada göstərilən işlər və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsinə görə cərimələrin artırılması təklif edilir.
Göstərilən hallar aşkar edildikdə fiziki şəxslər 300 manatdan 500 manatadək, vəzifəli şəxslər 800 manatdan min manatadək, hüquqi şəxslərsə 2 min manatdan 3 min manatadək cərimə ediləcəklər.
Xatırladaq ki, bir müddət öncə Səhiyyə Nazirliyi "Atlas Medikal Center” klinikasının fəaliyyətini məhz lisenziyadankənar fəaliyyətlə məşğul olduqlarına görə dayandırmışdı. Sözügedən klinikada ginekoloji və doğuşayardım xidmətləri də göstərilirmiş ki, əslində, bu, qanunazidd imiş. Oxşar hallar bir sıra digər özəl tibb müəssisələrinin fəaliyyətində aşkarlanır və ya pasiyentlərə ziyan dəydikdə klinikanın qanundankənar fəaliyyətlə məşğul olduğu üzə çıxır. Artıq ictimaiyyət özəl klinikalarda həyatını itirən, sağlamlığı ağır zərbə alan insanların faciəsindən xəbərdardır. Uzağa getməyək. Jurnalist həmkarımız Anar Niftəliyevin həyat yoldaşı, tənqidçi Elnarə Tofiqqızının həyatı məhz özəl klinikada - "Medi Sina” tibb müəssisəsində məhv oldu. Bu kimi faciəvi həyat hekayələri çoxdur. Əksəriyyətində də özəl klinikaların adı keçir. Bunlar həmin klinikalardır ki, səhərdən-axşamadək telekanallarda reklam edilir, xarici həkimlərin dəvət edildiyi məlumatları verilir və bizim tanımadığımız əcnəbi həkimlər az qala İbn Sina kimi təqdim olunur. Amma sonra məlum olur ki, demə, bu xarici həkimlər öz ölkələrində tanınmayan, ya da həkimlikdən uzaqlaşdırılan şəxslərdir ki, Azərbaycanı pul qazanmaq üçün münbit məkan bilib bura üz tutublar. Nəticə etibariləsə pul xərcləyən də, həyatını "xərcləyən” də yenə bizlər oluruq.
Lisenziyadan kənar fəaliyyətə görə cərmələrin artırılmasına münasibət bildirən Azərbaycan Dövlət Tibb Universitetinin professoru Adil Qeybulla qeyd etdi ki, bu, çox vacib addımdır:
- Təbii ki, klinika lisenziyasında göstərilməyən fəaliyyət növü ilə məşğul olmamalıdır. Bu, qanunsuzdur. Belə faktlara görə cərimələrin miqdarının artırılması da doğru addımdır. Problem bundadır ki, tibb müəssisələrinə müraciət edən pasiyentlər bundan xəbərsiz olur. Pasiyent bilmir ki, hansı xidmət növünə icazə var, hansına yoxdur. Klinikalar çox yaxşı reklam olunurlar, pasiyentlər də həmin tibb müəssisələrinə müraciət edirlər. Hansısa klinika əgər lisenziyadan kənar xidmət növləri ilə məşğul olursa, bu, pasiyentlərin həyatına və sağlamlığına riski də artırır. Məhz lisenziyadan kənar göstərilən xidmət növü olduğu üçün o klinikalarda həmin sahə üzrə mütəxəssislər işləmir, həmin sahəyə uyğun tibbi avadanlıqlar da çox vaxt mövcud olmur. Bu da pasiyentin həyatı üçün real təhlükədir. Hesab edirəm ki, qanunsuz fəaliyyətə görə cərimələrin artırılması klinikaları bu yoldan çəkindirər.
A.Qeybulla Azərbaycanda dərman bazarı və müalicə vasitələrinin reyestrinin olmaması probleminə də toxundu:
- Həkim də, pasiyent də bilməlidir ki, ölkədə hansı dərman preparatlarına qadağa yoxdur və hansı müalicə üsullarından istifadəyə rəsmi icazə verilir. Yoxsa, biri ekrana çıxıb "dünyada analoqu olmayan aparat”ı reklam edir. Bu aparat harda yoxlamadan keçirilib, mənfi və ya müsbət tərəfləri hansı qurum tərəfindən müəyyənləşib və ondan istifadəyə kim icazə verib? Bunlar bilinmir. Problem yaradan da belə məsələlərdir. Məlum məsələdir ki, özəl klinikalar kommersiya təyinatlı müəssisələrdir. Və onlar üçün gəlir əldə etmək vacibdir. Amma əlaqəd ar strukturlar bu müəssisələrin tibb istiqamətini ciddi yoxlamalıdır. Ümumiyyətlə, tibb müəssisələrinə, klinikalara nəzarət daimi olmalıdır.
Məlahət Rzayeva
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Fransadakı böhran BAŞLANĞICDIR - Aİ-dən ayrılan ölkələr ola bilər
21:54 06.11.2026
Gündəm
Hindistan Ermənistana 1 000 idarəolunan raket verəcək
21:19 06.11.2026
Region
"Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəldi
20:42 06.11.2026
Futbol
“Qalatasaray”da Osimhen şoku - Ulduz futbolçu əməliyyat olunacaq
20:22 06.11.2026
Futbol
Almaniyada təyyarə avtomagistrala çırpıldı
20:15 06.11.2026
Dünya
Səudiyyə Yəmənə zərbə endirdi: 30-dan çox insan öldü
19:58 06.11.2026
Gündəm
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya
Şuşanın azad edilməsi dünya hərb tarixində görünməmiş hadisədir
17:53 06.11.2026
Gündəm
Bloomberg: ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
17:47 06.11.2026
Gündəm
Avropa bir həftədə qaz ehtiyatlarının 2,5%-ni istifadə edib
17:39 06.11.2026
Dünya