Pompeo Zurabişvilini ABŞ-a dəvət etdi




ABŞ Dövlət katibi Mayk Pompeo Gürcüstanın yeni Prezidenti Salome Zurabişvili ilə telefon danışığı zamanı seçkilərdə qələbəsindən dolayı ona təbriklərini çatdırıb və yaxın zamanda xanım liderin ABŞ-a səfər edəcəyinə ümid etdiyini bildirib.

Axar.az xəbər verir ki, bu barədə Gürcüstan Prezident Administrasiyasının mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, 28 noyabrda Gürcüstanda keçirilən prezident seçkilərinin ikinci turunda S.Zurabaşvili 59,52 faiz səslə qələbə qazanıb.