Prezident manatın məzənnəsindən danışdı

"Süni qiymət artırmaq istəyənlərə qarşı çox ciddi tədbirlər görüləcək”



"Regionda gedən proseslər Azərbaycana da istər istəməz təsir göstərir”. Lent.az-ın məlumatına görə, bunu bu gün prezident İlham Əliyev Mingəçevir Mərkəzi Şəhər Xəstəxanasında tibb işçiləri qarşısında çıxış edərkən deyib.
Prezident ölkədə manatın məzənnəsi ilə bağlı yaranan vəziyyətə aydınlıq gətirib: "İqtisadiyyatın öz qanunları var. Azərbaycan dünya iqtisadiyyatının bir hissəsidir. Regionda gedən proseslər bizə də istər-istəməz təsir göstərir. Əslində manat əvvəlki səviyyəyə enib. İslahat başlayanda 1 manat 1 dollar idi. İndi də 1 manat təxminən 1 dollardır. Bütün müvafiq təşkilatlara göstəriş verilib ki, süni qiymət artımına yol verilməsin. Monitorinq keçirilir. Süni qiymət artırmaq istəyənlərə qarşı çox ciddi tədbirlər görüləcək”.