Hamıya heykəl istədilər, bir nəfər belə uşaq teatrı ilə bağlı problemi dilə gətirmədi
"Prezident sənət adamlarını ora tərif eşitmək üçün yığmamışdı"
07:50 07.03.2019
Arxiv
710
Elə kadrlar var ki, cəmiyyətin gözü daim onları axtarır, onların fikirlərini eşitmək istəyir. Ən azından buna diqqət yetirmək lazım idi
Hamıya heykəl istədilər, bir nəfər belə uşaq teatrı ilə bağlı problemi dilə gətirmədi
Hamıya heykəl istədilər, bir nəfər belə uşaq teatrı ilə bağlı problemi dilə gətirmədi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 1-də mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşüblər. Görüşdə Xalq artisti Rasim Balayevin iştirak etməməsi diqqət çəkən məqamlardan biri olub.
Millət vəkili Fazil Mustafanın sözlərinə görə, istedadlı və cəmiyyətə lazım olan mədəniyyət işçilərinin həmin görüşdə olmaması Mədəniyyət Nazirliyinin və protokol tərtib edənlərin günahıdır:
"Ölkə başçısı ümumi formada mədəniyyət və incəsənət xadimləri ilə görüş təşkil edilməsi tapşırığını verib. Xüsusi olaraq filankəsləri çağırın deməyib ki? Protokolu tərtib edənlər isə siyahını şəxsi maraqlarına, dostluq münasibətlərinə uyğun hazırlayıblar.
Halbuki Mədəniyyət Nazirliyi bu cür yanaşma sərgiləməli deyildi. Prezidentə görüşə mədəniyyət sahəsinin incəliklərinə bələd olan, bu sahənin inkişaf perspektivlərini görən istedadlı insanlar çağırılmalı idi. Titulları yığmaqla deyil ki. Bu sahədə olan gerçək avtoritetlərin, karyeralarında böyük uğur qazanmış, xalqın sevgisini qazanmış insanların həmin görüşdə iştirakı vacib idi. Öz sahələrində olan problemi qaldıran mədəniyyət xadimləri, yazarların adını görmədik o siyahıda. Prezident bu görüşü problemləri, təklifləri eşitmək üçün təşkil edib. Görüşdə iştirak edən şəxslər də ucdantutma tərif deyir. Tərif üçün tribuna çoxdur. Ölkə başçısının yaratdığı fürsətdən istifadə edib problemləri qabartmaq, onların həllinə nail olmaq lazımdır. Amma həmişəki kimi xahişlər, hakimiyyətdən nəsə istəmələr, maaşlar, heykəllər və s. şahidi olduq. Bunu adi günlərdə də istəyə bilərlər və həll oluna bilər”.
Millət vəkili deyib ki, prezidentlə görüşdə iştirak edən yazarlardan heç biri ən mühüm məsələ barədə danışmadı:
"Bu məsələni Milli Məclisdə bir neçə dəfə qaldırmışdım, sonuncu dəfə də bir ay öncə çıxış etdim ki, kitabların, mətbəə avadanlıqlarının üzərindən əlavə dəyər vergisi Gürcüstanda, Türkiyədə olduğu kimi tamamilə götürülsün. Bizdə bu rəqəm 18 faizdir, mütaliəsi zəif olan, yazarları minimum yaşam şərtlərində olan bir ölkədə kitab oxuyan toplum barədə düşünürüksə, bu addımın atılması olduqca vacibdir. Yadlarına düşmürsə belə, heç olmasa, mənim fikirlərimdən istifadə edərdilər, bu problemlə bağlı iki-üç cümlə deyərdilər. Yazıçılar, nəşriyyatlar müflis vəziyyətindədir. Onların yaşayış şəraitini yüngülləşdirmək üçün təkliflər vermək lazım idi. Yoxsa ki biri çıxıb babasına, biri də dədəsinə heykəl qoyulmasını xahiş edir. Ölülərə heykəl qoymaqdansa, dirilərə gün ağlamaq lazımdır. Prezident də məhz sözügedən sahə ilə bağlı problemləri, təklifləri öyrənmək üçün belə bir görüş edib. Tədbirdə də gördük ki, ölkə başçısı sənət adamlarının fikirlərini, qayğı və problemlərini səbrlə, sona qədər dinlədi, onların həlli ilə bağlı müvafiq göstərişlər verdi. İlham Əliyev sənət adamlarını ora tərif eşitmək üçün yığmamışdı ki. Onun belə bir tərifə heç ehtiyacı da yoxdur.
Xalqdan uzaq mədəniyyət işçilərini ora yığmaqdansa, karifeylərə önəm vermək, onların adlarını ilk sıralarda qeyd etmək lazım idi. Başa düşürəm, auditoriya məhdud olduğundan istənilən halda incik düşənlər, küsənlər olacaqdı. Axı bizdə bütün sənətçilər özlərinə görə cəmiyyətdə yer tutduqlarını düşünürlər. Amma elə kadrlar var ki, cəmiyyətin gözü daim onları axtarır, onların fikirlərini eşitmək istəyir. Ən azından buna diqqət yetirmək lazım idi. Bir nəfər belə uşaq teatrı ilə bağlı problemi dilə gətirmədi. Hamıya heykəl istədilər, o boyda ictimai xadimdən biri cəsarət edib bu dövlətin qurucusu olan Məhəmməd Əmin Rəsulzadənin Novxanıdakı ev muzeyi məsələsini, ona məxsus eksponatların xaricdən gətirilməsindən danışmadı. Əminəm ki, prezident bu məsələlərin hər birinə müsbət reaksiya verəcəkdi”.
Şəymən
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tanınmış rusiyalı jurnalist terrorçu elan edildi
20:07 15.10.2026
Gündəm
Onun edamı canlı yayımlanmayacaq - Tramp
19:58 15.10.2026
Dünya
İran Oman körfəzində tankeri vurdu
19:42 15.10.2026
Gündəm
İranlı general: Quru əməliyyatları ABŞ-yə baha başa gələcək
19:34 15.10.2026
Aktual
Yəməndə prezident sarayı raket hücumuna məruz qalıb
19:21 15.10.2026
Aktual
ÇL: Həftənin ən yaxşı futbolçusu bilinib
19:10 15.10.2026
Futbol
Erlinq Holand Lionel Messinin iki rekordunu qırdı
19:02 15.10.2026
Futbol
Litva və Ukrayna PUA komponentlərini birgə istehsal edəcək
18:54 15.10.2026
Aktual
Fyodor Şukin Dağıstanın rəhbəri seçildi
18:46 15.10.2026
Dünya
Tuskdan Zelenskiyə: Siz tək deyilsiniz!
18:20 15.10.2026
Dünya
Səidə Mirziyoyeva Ərdoğanla görüşdü
17:50 15.10.2026
Gündəm
Paşinyan sülh sazişini bilərəkdən uzadır - ŞƏRH
17:36 15.10.2026
Gündəm
Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
17:19 15.10.2026
Region
Kobaxidze Ermənistana səfər edib
17:13 15.10.2026
Gündəm
Onlar Mətbuat Şurasından gedir
17:07 15.10.2026
Media