Psixoloq intihar edən polisin məktubunu izah edir

Elnur Rüstəmov: "İnsan pozitiv danışa bilər. Amma içində ola bilər bir narahatlığı, gərginliyi olsun"


"Həmin polisin niyə intihar etdiyini, onun içində nələr baş verdiyini Allahdan başqa kimsə bilə bilməz”.

Bunu Sherg.az-a sabiq polis əməkdaşının pozitiv əhval ruhiyyədə məktub yazaraq intihar etməsinin səbəblərini izah edərkən psixoloq Elnur Rüstəmov deyib. 

O bildirib ki, həmin şəxsin hər hansı narahatlığı olmasa idi, intihara cəhd etməzdi:

"Məsələ burasındadır ki, insan pozitiv danışa bilər. Amma içində ola bilər bir narahatlığı, gərginliyi olsun. İnsan birdən-birə intihar qərarını vermir. Ola bilər ki, intihara qarşı çıxmaq, intihara əks fikirlər səsləndirmək əslində onun içindəki gərginliklə, narahatlıqla bağlıdır. Məhz bu narahatlığı aradan qaldırmağa çalışır. Digər tərəfdən intihara meylli insan ola bilər. Bu şübhəsiz araşdırılmalıdır. Ümumiyyətlə, insanda narahatlıq varsa, tədbir görülməlidir. Bu narahatlıq insanın vəzifəsinə, səlahiyyətlərinə baxmır, hər kəsdə ola bilər”.

Qeyd edək ki, aprelin 27-də özünü asaraq intihar edən Sulutəpə qəsəbə sakini, 50 yaşlı Həbib Mirzəyevin sabiq polis əməkdaşı olub.

Aysel Aslan