Qarlı dağları makasinlə aşan azərbaycanlı ŞAXTA BABA... (FOTOLAR)

Metronun «Xalqlar Dostluğu» stansiyasının qarşısındakı çiçək mağazası böyük şam ağacı - yolka bəzəyib, bir Santa Klausu da ora «təhkim edib». 
Santa Klaus da yoldan keçənləri var gücü ilə «yolka»ya cəlb etməyə çalışır. «Əziz balalarım, xoş gördük, xoş gördük» deyə-deyə uşaqları ata-analarının ətəyini dartışdırıb yolka önünə gətirməyə və şəkil çəkdirməyə vadar edir. Şübhəsiz, Santa-Klaus bundan qazanc əldə edir.
 Elədirsə, qazanılan puldan o «fağır» Santa-Klausa bir uzunboğaz çəkmə niyə alınmır? Harda görünüb ki, Santa-Klausun ayağında qara makasin ayaqqabı olsun?!. Adam bu «şaxta babaya» baxanda yazığı gəlir. Soyuqdan tir-tir titrəyir. Bunu isti geyindirin, başına isti papaq qoyun, soyuqlayıb xəstələnməsin.
Şaxta babaların da zayı çıxıb.