Qaza və elektrik enerjisinə tətbiq olunan limitin ləğvi gündəmə gələ bilər
08:52 14.03.2019
Arxiv
512
Hazırda ölkə əhalisinin cənab Prezidentdən əsas gözləntisi qaza və elektrik enerjisinə tətbiq olunan limitin ləğv olunması ilə bağlıdır. Ölkə əhalisinin böyük əksəriyyəti yüksək qiymətlərdən və limitin az olmasından əziyyət çəkirlər.
Elektrikdən və ya qazdan istilik məqsədilə istifadə edən aztəminatlı ailələr ay sonunda çıxılmaz vəziyyətdə qalırlar. Az qala bütün əməkhaqlarını kommunal xərclərə verən insanlar ən sıradan tələbatlarını ödəməyə pul əldə edə bilmirlər. Bu səbəbdən də çıxış yolunu təbii qazdan güzəştli qiymətlə istifadə üçün qoyulan limitin ləğv edilməsi və əhalinin aşağı qiymətlə təbii qazdan, elektrik enerjisindən istifadəsində görürlər.
İqtisadçı-ekspert Fuad İbrahimovun sözlərinə görə, limitlərin aradan qaldırılması təklifini reallaşdırmaq hökumətin imkanları daxilindədir:
"Təbii qaz və elektrik enerjisi ödənişləri üçün differensiallaşmış tarifə keçid insanların qış aylarında kommunal xərclərini daha da artırıb. Çünki burada söhbət birdən-birə 90-100 faizlik artımdan gedir.
Yəni təbii qazın illik istehlak həcmi 1700 kubmetrədək olan istehlakçılar bir kubmetr üçün 10 qəpik, illik istehlak həcminin 1700 kubmetrdən çox olan hissəsi üçün isə 20 qəpik ödəyir.
Elektrik enerjisinin aylıq elektrik enerjisi istehlakı 300 kilovat-saatadək olan istehlakçılar bir kilovat-saat üçün 6 qəpik, aylıq istehlak həcminin 300 kilovat-saatdan çox olan hissəsi üçün isə 11 qəpik ödəyir. Bu da son nəticədə böyük məbləğ edir. Limitləri tam şəkildə aradan qaldırmaq mümkün olmasa da, differensiallaşmış tarifin elastikliyini bərpa etmək, limitləri artırmaq da müəyyən mənada əhaliyə kömək olardı. Hər iki kommunal xidmətin istehlakçısı olaraq limiti keçdikdən sonra qaz və elektrikin qiymətində yaranan fərqi əməlli-başlı hiss olunur”.
Son aylar prezident tərəfindən atılan addımları, imzalanan sərəncamları, xüsusən də problemli kreditlərin həlli məsələsini xatırladan F.İbrahimov postsovet məkanında bu cür silsilə qərarların verilmədiyini deyib.
Azərbaycan Prezidenti öz addımı ilə 2019-cu ildə tarix yazdı. Onun fikrincə, bu qərarların davamı olaraq qaza və elektrik enerjisinə tətbiq olunan limitin ləğv olunması ilə bağlı hökumətə göstəriş verməsi sevindirici hal olar. Ölkənin iqtisadi dayanıqlığı da buna imkan verir.
Şəymən
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Əkbər Qoşalının yazısı Özbəkistanın rəsmi mətbuatında...
17:44 25.08.2026
Aktual
Yerə tökülən pomidorların sirri açıldı - Nazirlikdən açıqlama
17:07 25.08.2026
Sağlamlıq
"Azərxalça" ilə "Azəripək" birləşdirildi - FƏRMAN
16:53 25.08.2026
Gündəm
İş adamından İmamoğluya sərt sözlər: “Haqqımı halal etmirəm”
16:38 25.08.2026
Gündəm
Xamenei Tehrana xəbərdarlıq edən Xatəmini görüşə çağırdı
16:35 25.08.2026
Region
Oman xarici işlər naziri Tehranda Abbas Əraqçi ilə görüşüb
16:33 25.08.2026
Gündəm
Ermənistan və İran Aİİ-İran azad ticarət imkanlarını müzakirə edib
15:21 25.08.2026
Region
Yaponiya, ABŞ və Avstraliya birgə hərbi təlim keçirəcək
15:11 25.08.2026
Dünya
Ötən il 20 mindən çox uşaqlı ailə boşanıb
15:08 25.08.2026
Cəmiyyət
Sabirabadda toyda dava salan şəxs həbs edildi
15:04 25.08.2026
Hadisə
Polşa Rusiya ilə sərhəddə Koreya tankları yerləşdirir
14:19 25.08.2026
Dünya
Uşağınız adına reaksiya vermirsə, diqqətli olun!
14:18 25.08.2026
Sağlamlıq