Rober Köçəryanın tərəfdarları İrəvanın küçələrinə axışdı




Ermənistanın Apellyasiya Məhkəməsinin qərarı ilə həbs edilən keçmiş prezident Robert Köçəryanın tərəfdarları bu saatlarda etiraz aksiyası keçirir.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, İrəvanın Respublika meydanında keçirilən aksiyada iştirak edənlərin sayı getdikcə artır.

Xəbər verildiyi kimi, "Prezidentə azadlıq” təşəbbüs qrupunun üzvləri bir neçə gün əvvəl 11 dekabrdan etibarən davamlı etiraz aksiyalarına başlayacaqlarını bəyan etmişdilər. Etirazçılar R.Köçəryan azad olunanadək piket və mitinqləri davam etdirməkdə qərarlıdırlar.