"Rusiya və Azərbaycan prezidentlərinin görüşü Dağlıq Qarabağ münaqişəsinin həllinə fayda verə bilər”.
Bu barədə "Sherg.az”a ölkə başçısı İlham Əliyevin Rusiyaya işgüzar səfərinin nəticələrindən danışarkən millət vəkili Elman Məmmədov bildirib.
Deputat xatırladıb ki, Ermənistan iqtisadi, hərbi və digər sahələrdə sırf Rusiyadan asılıdır:

"Ermənistan iqtisadiyyatının 70 faizdən çoxu Rusiyanın əlində cəmləşib. Bu dövlətin sərhədləri də Rusiya tərəfindən qorunur. Düşmənin ürəkli davranmasının ilk səbəbi Rusiyaya söykənməsidir. Rusiya Azərbaycanla münasibətlərində səmimi olsa, sözləri ilə əməlləri üst-üstə düşsə, münaqişənin ədalətli həllinə nail olmaq olar.
İstənilən halda biz münasibətlərin inkişafına çalışmalıyıq. Hər zaman dostluğumuzda, qonşuluğumuzda səmimi olmuşuq. Rusiya da eyni münasibəti sərgiləyərsə, digər dövlətlərin əhəmiyyəti olmayacaq. Bu regionda söz sahibi Rusiyadır”.
Qeyd edək ki, prezident İlham Əliyevin Rusiyaya işgüzar səfəri dekabrın 26-da baş tutub.
Aysel Aslan