Rusiyada hərbi hissədə partlayışlar olub: ölən və yaralananlar var - YENİLƏNİB

Rusiyanın Krasnoyarsk əyalətinin Açinsk şəhərində döyüş sursatı anbarında partlayış baş verib.

"Sherg.az" Milli.Az-a istinadən xəbər verir ki, nəticədə 1 nəfər hərbçi ölüb, 1-i uşaq olmaqla 4 nəfər yaralanıb. Hazırda şəhərin 11 min əhalisinin təxliyyəsinə başlanılıb. Bu səbəbdən Açinskin küçələrində güclü tıxac yaranıb.

Hərbi bazada yanğın davam edir.

----------
16:23

Rusiyanın Krasnoyarsk diyarında hərbi hissələrin birinin ərazisində bir neçə partlayış baş verib.

"Sherg.az" Milli.Az-a istinadən xəbər verir ki, Açinsk şəhərində yerləşən hərbi hissədə yanğınlar da qeydə alınıb.

Hadisə nəticəsində xəsarət alanların olub-olmaması barədə məlumat verilməyib.

Yaxınlaqdakı yaşayış məntəqələrinin təxliyə olunacağı gözlənilir.

Açinsk şəhər rəhbərliyi sakinlərə partlayışların olduğu bölgəyə yaxınlaşmamağı tapşırıb.