Sabitlik adası: "Azərbaycan mühüm və aktual məsələlərlə bağlı hər zaman aparıcı ölkələrin yanındadır"

Azərbaycan "Qlobal terrorçuluq indeksi” məruzəsində 98-ci yeri tutub. Bu barədə məlumat dünya iqtisadiyyatı institutunun təqdim etdiyi hesabatda əks olunub.
Azərbaycan 138 mümkün yerdən 98-ci sırada qərarlaşıb və bu, göstərir ki, ölkədə praktiki olaraq, terror təhlükəsi yoxdur. Bütün bunlar bir daha sübut edir ki, son vaxtlar terrorla mübarizədə görülən işlər, əldə olunan nəticələr ölkəmizdə aparılan siyasətin uğurlu nəticəsidir.
Mövzunu "Şərq”ə dəyərləndirən Qərbi Kaspi Universitetinin professor, politoloq Fikrət Sadıqov bildirib ki, Azərbaycan uzun illər ərzində xarici siyasətini balanslaşdırılmış formada aparır. Politoloqun sözlərinə görə, Azərbaycan çalışır ki, heç bir dövləti qıcıqlandırmasın: 
"Biz eyni zamanda prinsipial mövqeyimizi bildirərək mühüm və aktual məsələlərlə bağlı hər zaman aparıcı ölkələrin yanındayıq. Azərbaycan heç bir terror təşkilatlarını dəstəkləkləmir, nə də ki, yaxın şərq ölkələrində baş verən hadisələrə baş qoşmur. Ölkəmiz sadəcə beynəlxalq normalara uyğun olaraq seçilən dövlətlərə üstünlük verir. Bütün bunlar "Qlobal terrorçuluq indeksi” məruzəsində öz əksini tapdı. Düşünürəm ki qiymətləndirmə prosesi kifayət qədər ədalətli və obyektivdir. Çünki bu siyasətimizin nəticəsidir. Azərbaycanın demək olar ki, Ermənistandan başqa heç bir düşməni yoxdur. Bizimlə düşmənçilik etmək istəyən və edən ölkə artıq terror əsasında qurulan bir dövlətdir. Amma biz bunu başa düşərək danışıqlar aparırıq. Əlbəttə bu danışıqların məqsədi torpaqlarımızın azad olunması ilə bağlıdır. Ölkəmizdə hər zaman stabil şərait yaradılır. Biz hər zaman regionda təhlükəsizliyin bərpa olunmasına və inkişafına öz töhfəmizi verməyə hazırıq”.
Yeganə Bayramova