Sferik ev: ucuz, rahat və ekoloji cəhətdən təmiz

Rusiyanın "Skydome” şirkəti ekoloji materiallardan sferik evlərin tikintisi üzrə ixtisaslaşıb.
AZƏRTAC novate.ru saytına istinadla bildirir ki, belə orijinal evlərin başlıca üstünlüklərindən biri ucuz başa gəlməsi və ekoloji cəhətdən təmiz olmasıdır. Belə ki, bu cür evlər Moskvada 1 otaqlı evlərdən də xeyli ucuzdur.
Müştərinin sifarişindən asılı olaraq, sferik evlərin sahəsi 34-300 kvadratmetr arasında dəyişir. Ev "isti döşəmə” hesabına qızdırılır və hətta qış aylarında belə temperatur sabit saxlanılır.