"Strukturlarla bağlı optimallaşmanın aparılması çox mühümdür" - Millət vəkili





"Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlət strukturlarında aparılan islahatları çox müsbət dəyərləndirirəm”.

Bunu "Sherg.az”a açıqlamasında millət vəkili Araz Əlizadə deyib.

Deputat bildirib ki, paralel strukturların ləğvi və ya birləşdirilməsi zəruridir: 

"Cənab Prezident də bunu həyata keçirir. Azərbaycanda qurumların, komitələrin sayı olduqca çoxdur. Bir-birini təkrar edən strukturlar var. Onları mərkəzləşdirəndə iş daha yaxşı gedir və faydalı nəticələr verir. Ona görə də strukturlarla bağlı optimallaşmanın aparılması çox mühümdür. Misal üçün deyim ki, Rusiyada bir neçə qurumu - İqtisadi İnkişaf və Maliyyə nazirliklərini birləşdirərək vahid orqan yaratdılar. Bu da çox faydalı oldu. Biz də islahatların nəticəsini görəcəyik”.

İsmayıl