Sürücülərə texniki baxışla bağlı XƏBƏRDARLIQ
10:25 16.08.2019
Arxiv
415
Baş Dövlət Yol Polisi İdarəsi texniki baxışla bağlı nəqliyyat vasitəsi sahiblərinə və sürücülərə müraciət edib.
İdarənin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Rüfət Quliyev APA -ya bildirib ki, ötən il “Yol hərəkəti haqqında” qanunun müvafiq maddələrinə bir sıra əlavə və dəyişikliklər edilib: “İlk növbədə avtomobillərin texniki baxışa təqdim edilməsi vaxtı ilə əlaqədar dəyişiklikləri nəzərə almaq lazımdır. Belə ki, minik və icazə verilən maksimum kütləsi 3,5 tona qədər olan yük avtomobilləri istehsal olunduğu vaxtdan 4 il keçdikdə-iki ildə bir dəfə; istehsal olunduğu vaxtdan on il keçdikdə-ildə bir dəfə texniki baxışa təqdim olunmalıdır”.
R. Quliyev qeyd edib ki, nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs barəsində tətbiq edilən inzibati cərimələri ödədikdən sonra onun təqdim etdiyi nəqliyyat vasitəsinə texniki baxış həyata keçirilə bilər. Texniki cəhətdən saz nəqliyyat vasitəsinin texniki baxışdan keçirilməsi barədə elektron talon tərtib olunduğu anda dərhal Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sisteminə və “ASAN ödəniş” sisteminə elektron qaydada göndərilir: “Bununla yanaşı, Azərbaycan Respublikasının Yol hərəkəti haqqında Qanununa edilmiş müvafiq dəyişikliklərə əsasən növbəti texniki baxışın keçiriləcəyi gün müəyyən edilərkən nəzərdə tutulmuş müddətlər əvvəlki texniki baxışın keçirildiyi gündən hesablanır, nəqliyyat vasitəsinin növbəti texniki baxışının keçiriləcəyi gündən 20 gün ərzində texniki baxışdan keçirilməməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur. Qeyd etdiyimiz kimi, bu müddət bitdikdən sonra İnzibati Xətalar məcəlləsinin 339.1-1 maddəsinin tələblərinə əsasən texniki baxışdan keçməmiş nəqliyyat vasitələri yol hərəkətində iştirakı zamanı xüsusi texniki vasitələrin köməyi ilə aşkarlanır və inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır”.
Xatırladaq ki, Baş Dövlət Yol Polis İdarəsinin Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən müayinə mərkəzi və respublikanın digər regional texniki baxış şöbələri nəqliyyat vasitələrini texniki baxışa təqdim etmək üçün bazar günü də daxil olmaqla saat 18:00-dək fəaliyyət göstərir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Netanyahu təyyarədəki insidentdən danışdı
19:14 30.09.2026
Aktual
Uşaqla nikah bağlamadan ailə qurmaq erkən evlilik sayılacaq
19:07 30.09.2026
Sosial
ASELSAN Naxçıvanda zavod açacaq
18:45 30.09.2026
Siyasət
“Real”ın müdafiəçisi əməliyyat olunacaq
18:19 30.09.2026
Futbol
İranın Gürcüstandakı səfiri XİN-ə çağırıldı
17:57 30.09.2026
Region
Kərim Vəliyevlə İran generalı hərbi əlaqələri müzakirə ediblər
17:33 30.09.2026
Gündəm
Azərbaycanda “SİQR” pilotsuz quru robotu istehsal edilib - FOTO
17:02 30.09.2026
Hərbi
Tiflisdə Heydər Əliyevin büstünü zədələyən erməni tutuldu
17:01 30.09.2026
Gündəm
MDB xarici işlər nazirləri Şurasının iclası keçiriləcək
16:58 30.09.2026
Gündəm
Ombudsmanın aylıq maaşı 12 minə qaldırılır
16:51 30.09.2026
Gündəm
Hərbçilərin maaşı artırılır
16:49 30.09.2026
Sosial
İşçinin əli aparatda qaldı, 3 barmağı amputasiya olundu
16:39 30.09.2026
Hadisə
Dövlət qulluqçuları ilə bağlı qanun ilk oxunuşdan keçdi
16:28 30.09.2026
Gündəm
Pensiyaların indeksasiya mexanizmi təkmilləşdirilir
16:26 30.09.2026
Sosial