Türkiyə parlamentində Xocalı soyqırımına həsr olunmuş sərgi açılıb
11:21 25.02.2015
Arxiv
572
İstanbul, Brüssel və Haaqadan sonra Ankarada – Türkiyə Böyük Millət Məclisinin himayəsində olan Mustafa Necati Mədəniyyət Evində Xocalı soyqırımını əks etdirən "Üç nəsil, bir soyqırımı” adlı əşya və foto sərgisi açılıb.
Diasporla İş üzrə Dövlət Komitəsindən APA-ya verilən məlumata görə, Türkiyə Beynəlxalq Əlaqələr və Strateji Araşdırmalar Mərkəzi (TÜRKSAM) ilə Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Türkiyə Azərbaycan Dərnəyi (TÜRKAZDER) tərəfindən təşkil edilən sərginin açılışında Türkiyə və Azərbaycanın media nümayəndələri ilə yanaşı, rəsmi şəxslər də iştirak edib.
Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədr müavini Meral Akşener, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Necdət Ünüvar, millət vəkilləri Sinan Oğan, Hasan Hüseyin Türkoğlu, Azərbaycan Milli Məclisinin üzvü Elman Məmmədov, Azərbaycanın Türkiyədəki səfirliyinin nümayəndələri, Türkiyə Azərbaycan Dərnəyinin rəhbəri Ənvər Türkoğlu, Türkiyənin bir sıra həmkarlar təşkilatları və QHT-lərin təmsilçiləri, eləcə də Xocalı soyqırımının şahidləri sərginin açılışına qatılıblar.
Türkiyənin Xocalı məsələsində həssaslığını ifadə edən və parlamentdəki Xocalı ilə bağlı fəaliyyətinə toxunan N. Ünüvarın çıxışından sonra TBMM-in sədr müavini M. Akşener, S. Oğan və E. Məmmədov qara lenti kəsərək sərgini açıblar.
Açılışdan sonra sərgini gəzən qonaqlara TÜRKSAM təmsilçiləri Xocalı soyqırımı haqqında geniş məlumat verib. Millət vəkilləri "Üç nəsil, bir soyqırımı” xatirə kitabına ürək sözlərini yazıblar. Ziyarətçilər onlara paylanan türk və ingilis dillərində "Üç nəsil, bir soyqırımı” kitablarını maraqla qarşılayıblar.
"Üç nəsil, bir soyqırımı” sərgisinə Avropada da böyük maraq var. Dünyanın hər yerindən sərgini izləmək imkanı əldə etmək üçün eyni adlı virtual muzeyin də daxil olduğu www.3nesil1soykirim.org və www.3generations1genocide adlı internet səhifələri ziyarətçilərin ixtiyarına verilib.
Qeyd edək ki, Türkiyə Böyük Millət Məclisindəki Mustafa Necati Mədəniyyət Evində təşkil edilən "Üç nəsil, bir soyqırımı” martın 1-dək davam edəcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Fransadakı böhran BAŞLANĞICDIR - Aİ-dən ayrılan ölkələr ola bilər
21:54 06.11.2026
Gündəm
Hindistan Ermənistana 1 000 idarəolunan raket verəcək
21:19 06.11.2026
Region
"Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəldi
20:42 06.11.2026
Futbol
“Qalatasaray”da Osimhen şoku - Ulduz futbolçu əməliyyat olunacaq
20:22 06.11.2026
Futbol
Almaniyada təyyarə avtomagistrala çırpıldı
20:15 06.11.2026
Dünya
Səudiyyə Yəmənə zərbə endirdi: 30-dan çox insan öldü
19:58 06.11.2026
Gündəm
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya
Şuşanın azad edilməsi dünya hərb tarixində görünməmiş hadisədir
17:53 06.11.2026
Gündəm
Bloomberg: ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
17:47 06.11.2026
Gündəm
Avropa bir həftədə qaz ehtiyatlarının 2,5%-ni istifadə edib
17:39 06.11.2026
Dünya