Xanımı israrlıdır
08:09 02.11.2018
Arxiv
646
Tahir Əkbərin mahnıları Türkiyəyə satılacaq
Son illər bayağı musiqilərin az qala böyük səhnələrimizə ayaq açdığından gileylənirik. Peşəkar bəstəkar musiqiləri yoxdu, bayağı musiqilər zövqümüzü korlayır. Əslində bəstəkarlıq məktəbi az qala bitib-tükənib. Peşəkar bəstəkarlıqla məşğul olanların adlarını belə çəkmək çətinləşib. Amma Azərbaycan musiqisinin zəngin bəstəkarlıq ənənəsi mövcud olub. Bu gün isə ciddi bəstəkar musiqiləri yazanlar yoxdu. Varsa belə onların musiqilərinə müraciət olunmur. Bir zamanlar Azərbaycanın tanınmış müğənniləri repertuarlarında Tahir Əkbərin bəstələrinə xüsusi önəm verirdilər. Bəstəkarın yazdığı hər mahnı bir müğənninin vizit kartına çevrilmişdi. Bu gün necə, o bəstələrə müraciət edənlər varmı?
Mərhum bəstəkar Tahir Əkbərin xanımı Aybəniz Əkbər onun hələ də ifa olunmayan mahnılarından danışıb. Aybəniz xanım həmin mahnıları yüksək qonorara satacağını bildirib: "Tahirin heç yerdə səslənməyən mahnıları var. Tahir heç vaxt mahnılarını satmadı, elə ona görə də həyatımızda çox çətinliklər yaşadıq. Amma mən onun yeni mahnılarını satacağam, özü də yüksək məbləğə.
Azərbaycandan bir çox müğənnilər Tahirin mahnılarını oxumaq üçün bizə ağız açdılar. Lakin çoxundan xəbər çıxmadı. İndi də mən israrlıyam, onların heç birinə mahnı vermək fikrim yoxdur. Həmin mahnıları Türkiyədə satacam».
Bəstəkarın həyat yoldaşının sərt ismarıcı da oldu: «Nə mənə, nə də Tahirin qızına maraqlı deyil ki, burada onun mahnılarını oxudular, ya oxumadılar. Artıq qərarımı vermişəm. Bir yaxşı söz var, sağlığında qiymət verin insanlara.
Sağlığında Tahir Əkbərə qiymət verməyən sənətçilər indi bizim üçün maraqsızdırlar. Onlar yalvarsalar da, bu mahnıları oxuya bilməyəcəklər”.
Tahirə
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp seçki saxtakarlığını ifşa edənlərə 1 milyon dollar vəd etdi
20:23 27.10.2026
Dünya
“40 dəfə desən, gerçəkləşər” fikri doğrudurmu?
20:17 27.10.2026
Sağlamlıq
Azərbaycanda icra başçısı cərimələndi
20:09 27.10.2026
Hadisə
Masazırda zibil həftələrlə daşınmır - ərazini siçovullar bürüyüb
20:08 27.10.2026
Sosial
Alman alpinist Nepalda 1500 metr yüksəklikdən yıxıldı
20:05 27.10.2026
Hadisə
Gizem Karaca kədərli xəbəri açıqladı: 12 illik dostunu itirdi
19:55 27.10.2026
Hadisə
Abbas Hüseynov "Qarabağ"dan ayrıldı
19:49 27.10.2026
Futbol
Ceyhun Bayramov Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb
19:42 27.10.2026
Siyasət
Ərdoğan və Baxçalı Külliyedə görüşdü
18:58 27.10.2026
Dünya
Qətnamələr güclülərin maraqlarına uyğun gələndə icra olunur - ŞƏRH
18:33 27.10.2026
Gündəm
Putin: Bir sıra beynəlxalq idman təşkilatları əməkdaşlığı dağıdır
18:14 27.10.2026
Dünya
Putin Azərbaycanı Rusiya üçün yaxşı tərəfdaş adlandırıb
18:10 27.10.2026
Gündəm
İnternetin qiyməti yenə qalxır?
18:07 27.10.2026
Aktual