Xocalı dəhşətlərindən bəhs edən “Böyüməyən uşaqlar” filmi təqdim olundu
12:26 25.02.2015
Arxiv
824
Dünən Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar Şuşa Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə "Azərsun” Holdinqin Mədəniyyət Mərkəzində Parlament Jurnalistləri Birliyinin sədri, Modern.az saytının baş redaktoru Elşad Eyvazlının ssenarisi əsasında çəkilmiş "Böyüməyən uşaqlar” filminin təqdimatı keçirilib. Bu film Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının nəzdində yaradılan Media İşçi qrupu tərəfindən hazırlanıb.
Tədbir Dağlıq Qarabağın Azərbaycanlı İcmasının sədri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərovun çıxışı ilə başlayıb. Bayram Səfərov ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımı siyasətindən danışıb:
"Heç bir zaman düşünmürdük ki, bizim başımıza bu kimi fəlakətlər gətirilə bilər. 1905,1915-18-ci illərdə soyqırımı, 1940-cı illərdə deportasiya hadisələrindən sonra yenidən 1988-ci ildə başımıza müsibətlər gətirildi. 17 fevral tarixində Qaradağlı soyqırımı törədildi. İnsanlar diri-diri torpağa basdırıldı. Malıbəyli və Quşçular kəndi isə Qaradağlıdan fərqli olaraq ermənilərin mühasirəsindən çıxa bilmişdi. Ermənilər Xocalıda xüsusi vəhşiliklə 613 nəfər günahsız insanı qətlə yetirdilər. Nəyə görə günahsız insanlar öldürülürdü? Həmin dövrlə indiki zamanı düşündükdə fərq yerlə göy arasındadır. Hal-hazırda ordumuz düşmənə istənilən səviyyədə cavab verir. O torpaqlar bizimdir və biz o torpaqlara qayıtmalıyıq. Qarabağ torpaqlarında həmişə azərbaycanlıların ayaq izləri olub.
Qeyd edim ki, bu gün biz Xocalı soyqırımı zamanı şəhid olanların anım gününə yığışmışıq. İndi hər iki valideynindən məhrum olmuş 25 nəfər aid "Böyüməyən uşaqlar adlı filmə baxacağıq. Allah bütün şəhidlərimizə rəhmət eləsin".
Parlament Jurnalistləri Birliyinin sədri, Modern.az saytının baş redaktoru Elşad Eyvazlının ssenarisi əsasında çəkilmiş "Böyüməyən uşaqlar” filminin təqdimatından sonra Xocalı soyqırımı zamanı hər iki valideynini itirmiş 25 gənc səhnəyə dəvət olunub.
Onların çıxışından sonra Bayram Səfərov bildirib ki, gələcəkdə bu 25 nəfərin eyni binadakı mənzillərdə yerləşdirilməsi üçün işlər görüləcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Fransadakı böhran BAŞLANĞICDIR - Aİ-dən ayrılan ölkələr ola bilər
21:54 06.11.2026
Gündəm
Hindistan Ermənistana 1 000 idarəolunan raket verəcək
21:19 06.11.2026
Region
"Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəldi
20:42 06.11.2026
Futbol
“Qalatasaray”da Osimhen şoku - Ulduz futbolçu əməliyyat olunacaq
20:22 06.11.2026
Futbol
Almaniyada təyyarə avtomagistrala çırpıldı
20:15 06.11.2026
Dünya
Səudiyyə Yəmənə zərbə endirdi: 30-dan çox insan öldü
19:58 06.11.2026
Gündəm
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya
Şuşanın azad edilməsi dünya hərb tarixində görünməmiş hadisədir
17:53 06.11.2026
Gündəm
Bloomberg: ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
17:47 06.11.2026
Gündəm
Avropa bir həftədə qaz ehtiyatlarının 2,5%-ni istifadə edib
17:39 06.11.2026
Dünya