“Bu xəstəlik 5-10 gün müddətində davam edir”
Azərbaycanda yeni virus yayılıb. Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının infeksionist-həkimi, dosent Samir Cavadovun sözlərinə görə, son vaxtlar rota (adino) virusu deyilən xəstəliklə bağlı müraciətlər çoxalıb. Bu virusun fəsil dəyişkənliyi ilə əlaqədar olaraq yayıldığını vurğulayan tibb elmləri doktoru, professor Adil Qeybullanın sözlərinə görə, bu xəstəliyə xüsusən uşaqlarda, immuniteti zəif olan insanlarda rast gəlinir. Amma hələlik virus Azərbaycanda epidemiya halını almayıb.
Həkim bildirib ki, əgər qeyd edilən xəstəlik müalicə edilməzsə, ishal hallarının artması çoxlu su itirilməsinə səbəb ola bilər: "Rota virusu 48 saatdan az davam edən qızdırma, qusma ilə başlayır. Sulu, əsasən pis qoxu gələn qansız ishal bu əlamətlərə aiddir. Südəmər uşaqlarda qusma, ishal bədəndə suyun azalmasına gətirib çıxarır. İmmuniteti zəif olan insanlarda xəstəlik uzun müddətli və ağır olur. Bunun da nəticəsində xəstələrdə özündən getmə, mineral çatışmazlığına rast gəlinə bilər. Bu xəstəlik 5-10 gün müddətində davam edir”. Professorun sözlərinə görə, yuxarı tənəffüs yollarında 15-dən çox mikroorqanizmlər var ki, orqanizmdə immunitet zəiflədikdə həmin viruslar fəallaşa bilir. İnsan orqanizmində çoxsaylı viruslar var ki, onlardan biri də adinodur. Bədən zəiflədiyi zaman bu cür virusların fəallaşması təbii haldır.
A.Qeybulla deyib ki, aktivləşmiş virus artıq digər orqanizmlər üçün yoluxucu xarakter daşıdığı üçün immuniteti zəif olan uşaqlar və böyüklər bu virusa asanlıqla yoluxa bilirlər: "Sovet dövründə bu virus daşıyıcılarına sahə həkimləri kəskin bir yoluxucu xəstəlik adı altında diaqnoz qoyurdular. Yuxarı tənəffüs yollarında qripə bənzər vəziyyətlə müşahidə olunan bütün halları özündə əks elətdirir. Qızdırma, qusma, ishal, asqırma, qulaqda ağrılar və.s
Bizdə asqıran kimi hər kəs "yəqin qrip olmuşam” deyərək üstündən keçir. Amma qrip sadəcə virus növlərindən biridir. Rotadan qorunma yollarına gəldikdə isə onu deyə bilərəm ki, bu virusa qarşı mübarizə aparmaq üçün ilk növbədə yataq şəraitinə keçmək lazımdır. Gigiyenik tədbirlər (əlin yuyulması, suyu qaynadaraq içmək) xəstəliyin qarşısını alır.
Xəstə çoxlu maye qəbul etməli, immun sistemini möhkəmləndirməlidir. Xəstə olan şəxslə təmaslar məhdudlaşmalıdır. Çünki təmaslar azaldıqca virusun yayılma ehtimalı da azalmış olur”.
Şəymən