Bakı metrosunda qatarların hərəkəti niyə ləngiyib? - AÇIQLAMA

Bu gün metroda qatarların hərəkətində problem yaranıb. 

Oxu.Az xəbər verir ki, bu səbəbdən qatarlar arasında gecikmə olub. 

“Bakı Metropoliteni” ÜSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov faktı təsdiq edib. 

O bildirib ki, gecikməyə səbəb qatarın depoya göndərilməsi olub:

“Bu gün səhər saat 7:35 radələrində bir qatar “Nərimanov” stansiyasından texniki baxış məqsədilə depoya göndərilib.

Qatarda nasazlıq ehtimalı olub. Bu səbəbdən bir dövrə boyunca iki qatar arasında 3-4 dəqiqə interval fərqi müşahidə olunub”.