Bakıda icra hakimiyyətindən şikayət: Bu yol bərbad vəziyyətdədir - FOTO

Binəqədi rayonu, Biləcəri qəsəbəsi Məmməd Səid Ordubadi küçəsinin yolları bərbad vəziyyətdədir.  Bununla bağlı Oxu.Az-a sakinlər müraciət ediblər. 

Onların sözlərinə görə, bəzi küçələri öz vəsaitləri hesabına asfaltlayıblar:

“Asfalt olan küçələri sakinlər hər evdən 50 manat pul yığıb düzəldiblər. Küçədə yerləşən mebel anbarına gələn TIR-lar isə yolları bərbad hala salır. Dəfələrlə Binəqədi İcra Hakimiyyətinə müraciət etmişik.

Neçə aydır, deyirlər, düzəldiləcək. Ancaq heç bir iş görülmür. Uşaqlar bu yolla məktəbə gedə bilmir, yağış yağan kimi küçə tamamilə keçilməz olur. Nəinki piyada, hətta maşınla bu yolu keçmək çox çətindir. Narazılığımıza, şikayətimizə baxan yoxdur”.