Kamilin həbsinin əsl səbəbi nədir? - AÇIQLAMA



“Nərimanov Rayon Məhkəməsinin qərarı ilə Kamil Zeynallı 10 sutkalıq həbs olundu”.
"Sherg.az" Oxu.az"a istinadən xəbər verir ki, bunu karantin dövründə aztəminatlı ailələrə yardım edən idmançının köməkçisi Rasim Qarayev deyib.

O, Kamilin həbs olunmasını bu cür izah edib:

“Karantin qaydalarını pozduğu üçün həbs olunub. Əvvəl Ucara, 5-6 gün əvvəl isə Füzuli rayonuna maddi yardım paylamağa getmişdi. Bakı sakinlərinə rayonlara getməyə icazə verilmədiyindən, karantin qaydalarını pozduğu deyildi”.