TƏBİB-in şöbə müdiri: “Koronavirusun mutasiyası ilə bağlı Azərbaycanda araşdırmalara başlanmayıb”


“Koronavirusun mutasiyası ilə bağlı Azərbaycanda araşdırmalara başlanmayıb”.

APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva bildirib.

Y. Qarayeva deyib ki, koronavirusla bağlı mutasiyaların baş verməsi Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən də bildirilir: “Bütün bunlar qarşıda aparılacaq tədqiqatların mövzusudur. İnanıram ki, Azərbaycanda da gələcəkdə virusla bağlı tədqiqatlar aparılacaq”.