Koronavirusa yoluxma riski ilə genetika arasındakı əlaqə açıqlanıb

“İnfeksiyaya yoluxma ehtimalı fərdi genetik xüsusiyyətlərdən asılıdır”.
TASS-ın məlumatına görə, bunu Rusiyada İnsan Molekulyar Genetikası laboratoriyasının müdiri, Belqorod Dövlət Milli Tədqiqat Universitetinin professoru Mixail Çurnosov koronavirusla insan genetikası arasında əlaqədən danışarkən deyib.

Onun sözlərinə görə, insanda xəstəliklərə, o cümlədən yoluxucu xəstəliklərə meyillilik az və ya çox dərəcədə genetik xarakter daşıyır.