Maşın vuran piyada xəstəxanada öldü

Bakıda ölümlə nəticələnən qəza baş verib.
Lent.az -ın məlumatına görə, hadisə Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S. Bəhlulzadə küçəsində qeydə alınıb.
Bakı şəhər sakini, 1990-cı il təvəllüdlü Pərviz Sadıqov idarə etdiyi “Chevrolet” markalı avtomobillə qəsəbə sakini, 1978-ci il təvəllüdlü Emin Əbilovu vurub.

Piyada xəstəxanaya çatdırılsa da, aldığı xəsarətdən orada ölüb.

Faktla bağlı Suraxanı rayon Polis İdarəsində cinayət işi başlanıb.