Koronavirusa qarşı peyvəndin istifadə vaxtı AÇIQLANDI

Rusiya Səhiyyə Nazirliyi təsdiqlənmiş koronavirus peyvəndinin ilk hissəsinin 2 həftə ərzində istifadəyə veriləcəyini açıqlayıb.
Lent.az dünya mətbuatına istinadən xəbər verir ki, ölkənin səhiyyə naziri Mixail Muraşko “Sputnik-V” adlı peyvəndi Hamalei Elmi Tədqiqat Mərkəzinin hazırladığını və “AFK Sistema” şirkətinin “Binnopharm” dərman fabrikində kütləvi istehsalına başlanıldığını bildirib.
Dərmanın istehsalının ilk 12 ayda 500 milyon dozaya çatacağı gözlənilir.
Peyvənd əvvəlcə yüksək risk qrupundakı vətəndaşlara tətbiq olunacaq.