İmişli sakininin evindən çoxlu sayda silah tapıldı

İmişli sakinindən silahlar aşkarlanıb.
Bununla bağlı Daxili İşlər Nazirliyi məlumat yayıb.
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində İmişli şəhər sakini N.Məmmədovun yaşadığı evə baxış zamanı oradan nömrəsiz “AKS-47” markalı avtomat, beş ədəd patron darağı, 167 ədəd müxtəlif çaplı patron, bir ədəd “ME-800 General” markalı qaz tapançası, bir ədəd “Agent” markalı qaz-siqnal tapançası və ona aid üç ədəd patron aşkar edilərək götürülüb.