İstirahət günləri avtobuslar işləməyəcək - RƏSMİ

Xüsusi karantin rejimi qaydalarına uyğun olaraq avqustun 15-i gecə 00:00-dan avqustun 17-si səhər saat 06:00-dək müntəzəm və ekspres xətlər üzrə avtobusların fəaliyyəti dayandırılacaq.
Lent.az xəbər verir ki, bu barədə məlumatı Bakı Nəqlıiyyat Agentliyi yayıb.
Qurumdan o da bildirilib ki, bu həftə ərzində Bakı şəhərində müntəzəm və ekspres xətlər üzrə avtobuslarla 8.000.000-dan artıq sərnişin səfər sayı qeydə alınıb. Bu isə avqustun 3-7-də qeydə alınan göstəricidən təxminən 14 faiz çoxdur. Belə ki, avqustun ilk həftəsində sərnişin səfər sayı 7.000.000-a yaxın olub.