Ermənistanda 5 nəfər də koronavirusdan öldü

Ermənistanda son sutkada daha 276 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.
APA-nın “Sputnik Armenia”ya istinadən verdiyi məlumata görə, bununla da ölkədə koronavirusa yoluxanların sayı 41 299 nəfərə çatıb.
Son sutka ərzində koronavirusa yoluxan 5 nəfər ölüb və bununla da virusa yoluxma nəticəsində ölənlərin sayı 814 nəfər olub.
Ermənistanda xəstəlikdən sağalanların sayı 34 164 nəfərdir.