Seroloji testlərin aparılmasının məqsədi AÇIQLANDI

“Seroloji testlər daha öncə bizim virusla qarşılaşıb-qarşılaşmadığımızı müəyyən etmək üçün aparılır”.
APA-nın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Tibbi Ərazi Bölmələrini İdarəetmə birliyinin (TƏBİB) Mikrobiologiya İşçi Qrupunun rəhbəri Qumral Ələkbərova deyib.
O bildirib ki, növbəti həftədən belə testlərin keçirilməsinə başlanacaq.