Bu gündən etibarən vətəndaşların 4 aylıq kommunal xərcləri ödəniləcək - ŞƏRTLƏR

Gürcüstanda kommunal xidmətlər üçün ödənişlər noyabrın 1-dən etibarən dörd ay (noyabr, dekabr, yanvar, fevral) müddətində hökumət tərəfindən ödəniləcək.

24News.ge xəbər verir ki, hökumət qeyd olunan köməyə ehtiyac duymayan vətəndaşlara müraciət edərək bu yardımdan imtina etməyi xahiş edib.

Sözügedən dəstək, su və təmizlik xərcləri ilə yanaşı istehlak edilən 200 kv-a qədər elektrik enerjisi və 200 kubmetrə qədər qaz istehlakı olan hər bir ailəyə şamil ediləcək.

Qeyd edək ki, abonentin 1 ay ərzində elektrik enerjisi 200 kilovatdan, qaz ödənişi isə 200 kubmetrdən artıq olduğu təqdirdə, vətəndaş bu məbləği özü ödəməli olacaq.