"Canım komandirim..." - FOTO

Aktyor Anıl Tətik Bitlisdə qəzaya uğrayan hərbi helikopterdə şəhid olan Osman Ərbaşın əsgərlik müddətində onun komandiri olduğunu söyləyib.

 "Sherg.az" xəbər verir ki, o, şəhid generalla fotolarını paylaşaraq bu sözləri yazıb:

"Canım komandirim, Allah sənin və şəhidlərimizin məkanlarını cənnət etsin. Üzgünəm... Çox yaxşı insan idiniz".