“Fransa və Niderlandın ölkəmizdəki şirkətləri yoxlamadan keçsin”

“Onlar öz siyasətçilərindən tələb etməlidirlər ki, Azərbaycanla münasibətləri normal müstəvidə formalaşdırsınlar”

“Fikrimcə, bu, siyasi korrupsiyaya qurşanmış Avropa siyasətçilərini normal vəziyyətə gətirmək üçün hər zaman çox real bir mexanizmdir”


“Fransa, Niderland və digər Avropa ölkələrində Azərbaycana qarşı olan kampaniyanın arxasında zəngin təşkilatlanmış erməni diasporu dayanır”.
Bu fikirləri “Sherg.az”a açıqlamasında millət vəkili Asim Mollazadə söyləyib.
Parlament üzvü vurğulayıb ki, Avropa mövcud olan siyasi korrupsiya da Niderland və Fransa kimi ölkələrə dəstək verir:

“Ölkəmizə qarşı sənədlər qəbul edən dövlətlər var. Azərbaycan bu ölkələrlə iqtisadi münasibətlər quraraq çox diqqətli olmalıdır. Həmin ölkələrin şirkətləri Azərbaycanın “Böyük qayıdış” layihələrindən xaric edilməlidir.

Azərbaycanda fəlaiyyət göstərən Fransa və Niderland şirkətləri ciddi yoxlamalardan keçməli və onlar öz siyasətçilərindən tələb etməlidirlər ki, ölkəmizlə münasibətləri normal müstəvidə formalaşdırsınlar.
Fikrimcə, bu, siyasi korrupsiyaya qurşanmış Avropa siyasətçilərini normal vəziyyətə gətirmək üçün hər zaman çox real bir mexanizmdir”.