“Tərtər hadisələri”:“Çox günahsız insan işgəncəyə məruz qalıb” - CƏZA

Bu günlərdə Azərbaycan Silahlı Qüvvələrinin 103-cü ildönümünü fərəhlə qeyd etdik. Hər birimiz sevindik, ordumuza uğurlar arzuladıq. Amma çoxlarının yadına həm də “Tərtər hadisələri” düşdü. Üstündən dörd il keçməsinə rəğmən, hadisə çözülməyib. Cinayətkarlar ifşa olunmayıb.

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı bu barədə “Sherg.az”a açıqlamasında “Tərtər hadisələrinə” belə münasibət bildirdi: 
“Əlbəttə, çox mürəkkəb prosesdir. Böyük ehtimalla xəyanət olub. Amma o xəyanətin fonunda çox günahsız işgəncəyə məruz qalıb. Bu mənada hüquq-mühafizə orqanları obyektiv araşdırma aparmalıdır. Təbii, ictimai reaksiya olmalı, məsələ gündəmdə saxlanılmalıdır. Fəqət, təzyiqlə, aksiyalarla müvafiq qurumların işinə, qərarına mane olmaq düzgün deyil”.