Təyyarə ilə yalnız bir sərnişin uçdu

Rusiya vətəndaşı olan Anna Filina adlı qadın təyyarə ilə tək səyahət edib. Filina Antalya Hava limanına çatanda qəribə bir şey görüb. Qadın onu məmləkəti Yeketerinburqa aparacaq çarter reysinə yazıldıqda başqa heç bir sərnişinin olmadığını anlayıb.
“Sherg.az” türk mediasına istinadən bildirir ki, gediş vaxtından 15 dəqiqə əvvəl vəziyyətdə hər hansı bir dəyişiklik görməyən Anna İnstaqram hesabında maraqlı paylaşım edib:
“Havaya qalxmaq üçün 15 dəqiqə vaxt var, heç kim yoxdur. Görəsən pilot xəbərdardırmı?”.

Stüardessa xanımlar da onu tək görəndə çox təəccübləniblər.