Zaur bu şəxsi hədələdi:"Onun aqibəti yaxşı olmayacaq" 

Aparıcı Zaur Baxşəliyev “Ər evindən qaçıb, ailə qurmuşam” deyən Nuranəni görənlərə  mükafat verəcəyini açıqlayıb.
“Sherg.az”ın məlumatına görə, o, aparıcısı olduğu verilişdə bu barədə danışıb:
“Nuranə, bəlkə də, nənənin burda, atanın orda üzülməsindən, hamını qarşı-qarşıya qoymağından zövq alırsan.
Belə xəstə təfəkkürdə olma. Mən nə laızmdırsa, kömək etməyə hazıram. Nuranəni görənlərə, ondan xəbər gətirənlərə düz 1000 manat pul verəcəm.
Onun yerini bizə bildirən 1000 AZN alacaq. Adı da məxfi qalacaq. Lakin onu evində saxlayan adamların aqibəti yaxşı olmayacaq”.
Qeyd edək ki, Nuranə adlı xanım 16 yaşında özündən 15 yaş böyük bir bəylə zorla evləndirilib. Evdən qaçan 19 yaşlı Nuranəni nənəsi tapmaq üçün “Bizimləsən” proqramına müraciət edib.