Dünən şəhid olan əsgərimizlə vida mərasimi keçirilir


Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində yanvarın 11-i günorta saatlarında Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində şəhid olan hərbi qulluqçumuz, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Nəzərov Ayaz Azər oğlu ilə vida mərasimi keçirilir.

Oxu.Az-ın məlumatına görə, şəhidin nəşi Tovuz rayonunun, Bozalqanlı kəndində yaşadığı evə gətirilib.

Mərasimdə şəhidin yaxınları ilə yanaşı ictimaiyyət nümayəndələri, hərbçi yoldaşları və rayon sakinləri iştirak edir.

Qeyd edək ki, A.Nəzərov 1998-ci ildə Tovuz rayonunun Bozalqanlı kəndində anadan olub.