“YouTube” administrasiyası Rusiyanın Böyük Britaniyadakı səfirliyinin kanalında yerləşdirilmiş 29 videonu silib.
Bu barədə diplomatik nümayəndəlikdən məlumat verilib.
“Avqustun 15-də YouTube videohostinqinin rəhbərliyi xəbərdarlıq etmədən səfirliyin kanalından ümumilikdə 29 videonu silib. Onların əksəriyyəti Rusiyanın Böyük Britaniyadakı səfiri Andrey Kelinin müsahibələridir”, - səfirliyin sözçüsü bildirib.
Onun sözlərinə görə, müsahibələr Rusiya-Britaniya münasibətləri, ərzaq və enerji böhranı, sanksiyalar və Ukraynadakı hərbi əməliyyat mövzularını əhatə edib.
Səfirlik cavab olaraq bütün silinmiş videoların bərpasını, həmçinin ayrı-seçkiliyə görə üzr istəməsini tələb edib.
Mənbə: mk.ru