Süni zəka insanlığın sonunu gətirəcək


Oksford Universiteti həyəcan təbili çaldı 

  Böyük Britaniya Parlamentinin deputatları süni zəkanın bir gün hər kəsi öldürə biləcəyi və bəşəriyyətin bunun qarşısını almaq gücündə olmayacağından   narahatlıqlarının ifadə edib. Oksford Universitetinin alimləri 2000-ci yüzilliyin sonlarına doğru süni zəkanın insanlardan daha ağıllı şəkil alacağını və dünya dövlətlərinin bu texnoloji silahlara sahib olmaq üçün artıq indidən bir-biriylə yarışa girdiyini söyləyib. 

“NTV.com.tr” xəbər verir ki, Oksford alimləri süni zəkanın bəşəriyyətə böyük ehtimalla bir zamanlar insanların nəsli tükənmiş quş növü dodonun başına gətirdikləri qədər təhdid yaradacağı fikrindədir. İngiltərə Elm və Texnoloji Seçim Komitəsinə müraciət edən alimlər süni zəkanın insan zəkasını üstələyəcək vəziyyətə çatmasına çox qısa bir məsafə qaldığını və bunun növbəti yüz ilin sonunda baş verə biləcəyi xəbərdarlığı edib. Professor Maykl Osborn böyük dövlətlər və texnoloji şirkətlər arasında “həqiqi silahlanma yarışı” başladığını, texnoloji şirkətlərin “bütün insanları yoxetmə” ilə sonlanacaq nəzarətdən çıxmış sistemlər yaratmasını dayandırmaq üçün qlobal miqyasda çalışmalara başlanılmasını tövsiyə edib. 

Alimlər bu fikirdədir ki, süni zəkanın hansı məqsədlərlə inkişaf etdirildiyi, ondan hansı sahələrdə istifadə edildiyinə dair dövlətlər hesabat verməlidir. 

Çünki süni zəkanın inkişafında bir hədd görünmür. Süni zəka insanları digər canlılardan fərqləndirən xüsusiyyətləri yerinə yetirir, insanları hər sahədə əvəz etməyə başlayıb. Süni zəka bunu bacarırsa, başqa canlılar, ya da cansızlar üçün edə bildiklərini insanlara qarşı da edə bilər. Süni zəka bəşəriyyət üçün təhlükə yaratmaqdadır. Alimlər bir zamanlar mövcud olmuş dodo quş növünün necə yox olduğuna diqqət çəkib. Bu hadisə Mauritius adasında baş verib. Uçmaq qabiliyyəti olmayan quş üçün adaya insanlar tərəfindən ovlana biləcək quşlar və bəzi başqa canlı növləri yerləşdirilib. Dodo quşu bu canlıları tanımadığından onlarla necə davranacağını da bilməyib və beləliklə, digər heyvanlar tərəfindən ovlanmaya məruz qalıb, yumurtaları da başqa canlılara yem olub, nəticədə nəsli kəsilib. Oksford alimləri bəşəriyyətin də indi üstünlük verilən süni zəka ilə sonrakı mümkün mübarizəsində eyni aqibətlə üzləşə biləcəyindən narahatdır.