Fevralın 1-dək yağış yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

Fevralın 1-dək ölkə ərazisində hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Oxu.Az-a verilən məlumata görə, ayrı-ayrı yerlərdə yağıntının intensivləşəcəyi ehtimalı var.
Dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.