Adlarını tarixə yazdılar

Evliliklərinin 80-ci ildönümünü qeyd etdilər

  Bu müdhiş hadisə Belçikada yaşanıb. Belçikanın Flaman bölgəsində kömür mədənləri ilə tanınan Houtalen şəhərində yaşayan Eduard Cuyvers və Angelina Heyseldonx evliliklərinin 80-ci ildönümünü qeyd etməklə tarixə adlarını yazdırıb. Bu hadisə Belçika tarixində ilkdir. Cütlük 1943-cü ilin 30 yanvarında nikaha daxil olub. O zaman Eduardın 23, Angelinanın isə 18 yaşı varmış. Eduard yaxın günlərdə 100 yaşını qeyd etməyə hazırlaşır. Əlamətdar günün qeyd edilməsində iştirak edən nikah məmuru isə deyib ki, Eduard və Angelinanın adı uzunömürlü cütlüklər kimi Avropa Super Əsr Təşkilatının beynəlxalq qeydiyyat sisteminə daxil edilib. Cütlüklərsə verdikləri müsahibədə bu gün də bir-birilərini sevdiklərini söyləyiblər. Belçikada buvaxtadək yalnız 8 cütlük evliliklərinin 79-cu ildönümünü qeyd edə bilib. Bəziləri evliliklərinin 80-ci ildönümünə sayılı günlər qaldıqda dünyadan köçüb.