Mingəçevirdə mənzildən qadın meyiti tapılıb

Bu gün səhər saatlarında Mingəçevir şəhərində yerləşən mənzillərin birində üzərində zorakılıq əlamətləri olmayan qadın meyiti aşkarlanıb.
Oxu.Az-ın məlumatına görə, həmin şəxsin 1958-ci il təvəllüdlü Pərvanə Hüseynova olduğu müəyyən edilib.
Qadının ürək çatışmazlığından öldüyü bildirilir.
Faktla bağlı Mingəçevir Şəhər Prokurorluğunda araşdırma aparılır.