Binəqədidə iti döyən şəxs cərimələnib - VİDEO

Binəqədi rayonunda hər gün iti vəhşicəsinə döyən qadın cərimə edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Oxu.Az-a bildirilib ki, sosial şəbəkələrdə Binəqədi rayonunun Biləcəri qəsəbəsində itin qeyri-insani rəftara məruz qalaraq döyülmə videosu yayılıb:
“Həmin görüntülərdəki şəxs polis əməkdaşları tərəfindən müəyyən edilib və Polis Bölməsinə dəvət olunub. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 274-cü (heyvanlarla rəhmsiz rəftar edilməsi) maddəsi üzrə protokol tərtib edilib və həmin şəxs 500 manat məbləğində cərimələnib”.