Alimlər xəbərdarlıq etdi 

Kosmosa göndərilən “zir-zibil” görüntünü çətinləşdirir
 
  Alimlər ciddi şəkildə xəbərdarlıq edir ki, kosmosa göndərilən hər cür aparat, süni peyklər və sair “zir-zibil” kainatda baş verənləri dəqiqliyi ilə izləməyə imkan vermir. “Şərq” “NTV.com.tr”yə istinadən bildirir ki, alimlər kosmosun süni peyklərlə dolub-daşması nəticəsi olaraq hazırkı onilliyin sonunda fəzanı müşahidə etmək imkanları sıfıra enə bilər. Bu səbəbdən də kainatda Yer planetindən savayı daha hansısa planetdə həyatın, bizdən fərqli varlıqların olub-olmamasını  müəyyənləşdirmək çətinləşəcək. Hazırda Yer planeti çevrəsində 8 mindən artıq peyk fırlanmaqdadır. 2019-cu ildən bu yana peyklərin sayı 4 dəfə artıb. Və bu sayın getdikcə artacağı təxmin edilir. 

Qarşıdakı illərdə 400 min peykin kosmosa ötürüləcəyi, sadəcə "SpaceX" və  "Starlink" internet ulduz komandası üçün daha 44 min peyk kosmosa göndəriləcək. Astroloqlar bu durumun onların işini çətinləşdirdiyini deyir. Peyklər durmadan, fasiləsiz olaraq teleskopların optik əhatəsi önündə fırlanır və parlaq işıq yaradaraq görmə-müşahidəni əngəlləyirlər. İnternet peykləri radio teleskopların da işini əngəlləyir. Kaliforniya Universitetinin fizika və astronomiya üzrə professor Toni Tison “2030-cu ildə qaranlıq bir yerə çəkilib səmaya baxdığınızda dəhşətli bir mənzərə ilə qarşılaşacaqsınız. 

Səmada ulduzları deyil, ora-bura gəzişən peykləri görəcəksiniz. Səma davamlı hərəkət halında olan peyklərlə dolub-daşacaq. Bu, böyük bir fəlakət olacaq”, söyləyib. Yarana biləcək təhlükəli vəziyyətin aradan qaldırılması məqsədilə Böyük Britaniyanın Kral Astronomiya Topluluğu və Kosmos Agentliyi “Qaranlıq və səssis səma” adlı konfrans keçirib. RAS sədri müavininin yardımçısı Robert Massey, kosmosdan istifadədə dünya dövlətlərinin bir-birini ötməyə çalışdığını bildirərək bunu xaotik çarpışma adlandırıb: “

Onilliyin sonunda planetimizin ətrafında  yüz minlərlə peyk görəcəyimiz ehtimalı böyükdür. Bu bizə kosmosdan gələn siqnalları əldə etməyə mane olacaq”.