Mask “Starlink Azerbaijan”ın rəhbərinə yeni vəzifə verdi

ABŞ-ın “Tesla” və “SpaceX” şirkətlərinin sahibi İlon Mask Cənubi Koreyada yeni şirkət təsis edib.
Bakupost.az xəbər verir ki, “Starlink Korea” şirkəti martın 8-də qeydiyyatdan keçib.
Yeni kommersiya qurumuna “SpaceX”ın biznes əməliyyatları üzrə baş direktoru Lauren Ashley Dreyer rəhbərlik edəcək.
O, həm də ötən il Azərbaycanda yaradılmış “Starlink Azerbaijan” MMC-nin qanuni təmsilçisidir.