Azərbaycanda “TikTok”dan istifadə məhdudlaşdırılır? - AÇIQLAMA

“Son 10-15 ildə yaranan sosial platformalar arasında ən təhlükəli və ajiotajlısı, o cümlədən ucuz həyat tərzini təbliğ edəni “TikTok”dur. Bu platforma kifayət qədər  qeyri-ciddi və  mənəviyyatsız bir biznes şəbəkəsidir”. Bu sözləri “Sherg.az”a açıqlamasında  İKT üzrə ekspert Elvin Abbasov deyib. 
Ekspertin sözlərinə görə, “TikTok”un dizaynı, quruluşu bu zərərli tendensiyalar üçün daha əlverişlildir:
 
“Digər  şəbəkələrdən də bu məqsədlə istifadə edən insanlar  olsa da, tiktokdakı qədər kütləvi deyil. Canlı yayımlardan pul qazanmaq  kimi motivasiyalar yüngül həyat tərzi yaşayan, abırsız yollarla məşhurlaşmaq istəyən kütləni özünə cəlb etdi. “TikTok”da canlı yayım açıq pul qazananlar isə  ancaq qeyri- əxlaqı paylaşım edib, mənəviyyatımıza zidd , bayağı söhbətlər edən kütlədir. 

“TikTok”-la bağlı qadağalar tətbiq edən ölkələr də məhz bunun fərqinə vardı ki, insanları intellektual fikir mübadiləsindən daha çox  yüngül həyat tərzinə sövq edir. İntlelektə töhfə verməyən gəlir mənbələri isə ölkələrin milli-mənəvi dəyərlərini sarsıdır, həm də insanları bəsit yollarla qazanc əldə etməyə təşviq edir.
 Amma bütün bu məxfiliklərə rəğmən bir mütəxəssis olaraq “TikTok”un bağlanmasını doğru hesab etmirəm. Məlumatın əlçatanlığını məhdudlaşdırmaq hüquqi baxımdan doğru deyil. Milli mənəvi dəyərlərimizə vurduğu zərər fonunda isə sadə bir vətəndaş kimi  “TikTok”dan istifadənin  məhdudlaşdırılmasını istəyirəm. 

Bu platforma Azərbaycanda  birmənalı şəkildə deaktiv edilməlidir. Ən azından gənclərin intellektual perspektivi baxımından müəyyən məhdudlaşdırmalar olmalıdır”.